Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

11-07-2024 , 19:03

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bələdiyyə Hesabatları
- +

         Bələdiyyə qarşısındakı əsas vəzifə ictimai nüfuzunu artırmaqla seçiciləri narahat edən məsələlərin vaxtında həll edilməsidir


 

(Zaqatala rayonu Muxax bələdiyyəsinin 2024 -ci ilin 6 ayın yekunlarına dair hesabatı 06 iyul 2024-cü il  tarixli 12 saylı  bələdiyyə iclasında təsdiq edilib  ictimailəşdirilir)

 Azərbaycan Respublikasına 2024-cü il “Yaşıl Dünya Naminə Həmrəylik ili” elan edilməsi haqqına Azərbaycan Respublikasının Prezidentinin sərəncamı beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir.Biz də bələdiyyə olaraq ərazimizdə Yaşıl Dünya Naminə Həmrəylik ili ilə əlaqədar müxtəlif tədbirlər həyata keciririk.İlin sonuna payız aylarında tədbirlər planına uyğun olaraq  daha böyük həcmli layihələrin həyata kecirilməsini nəzərdə tutmuşuq.

Bildiyiniz kimi, 1999-cu ildə ilk bələdiyyə seçkilərindən sonra respublikamızda yerli demokratiya və özünüdarəetmə orqanlarının inkişafı sahəsində olduqca önəmli işlər görülmüşdür. Bələdiyyələrin fəaliyyətinin müasir tələblər səviyyəsində qurulmasına, onların iqtisadi resurslarından səmərəli istifadə olunması və yerli əhəmiyyətli məsələlərin həllində rolunun artırılmasına xüsusi diqqət yetirilmişdir.

Bələdiyyələrin qarşısında duran əsas vəzifə ictimaiyyət arasında olan nüfuzunu artırmaqla seçiciləri narahat edən məsələlərin vaxtında həll edilməsi, regionun sosial-iqtisadi inkişafında fəal iştirak etməkdən ibarətdir.Biz qismən də olsa ərazimizdə buna nail ola bilmişik.

Muxax Bələdiyyəsi öz işində Azərbaycan Respublikası Prezidentinin bələdiyyələrlə bağlı imzaladığı fərman və sərəncamlardan, Milli Məclisin yerli özünüidarə ilə əlaqədar qəbul etdiyi qərar və qanunlardan,Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş Mərkəzinin, Şəki Regional Ədliyyə İdarəsinin təklif və tövsiyyələrindən,AKBMA-nın bələdiyyələrə  göstərdiyi marifləndirici və  köməkliklərindən bələdiyyənin öz Nizamnaməsindən irəli gələn vəzifələri, eləcə də bələdiyyə iclasları tərəfindən qəbul edilmiş qərarları,həmçinin Zaqatala rayon icra Hakimiyyətinin  tövsiyyələrini rəhbər tutaraq fəaliyyətini qurur.

Bələdiyyə olaraq fəaliyyətimizi əsasən ərazidə quruculuq-abadlıq, bələdiyyə ərazisində səliqə-sahman işlərinə yönəldirik. Muxax Bələdiyyəsi Muxax və Zəyəm ərazi nümayəndəliklərin ərazisini əhatə edir.  Biz hər iki nümayəndəliklə birlikdə sıx əməkdaşlıq şəraitində, qarşılıqlı koordinasiya mühitində fəaliyyətimizi  həyata keciririk.Qarşılıqlı əlaqə qurmağımızın nəticəsidir ki, ərazidə olan problemlərin həllinə vaxtında nail ola bilirik.

6 ay ərzində bələdiyyəyə vətəndaşlar tərəfindən 64 ədəd ərizə  daxil olmuşdur. Müraciətlərin əksəriyyəti maddi yardım və mülkiyyətə torpaq sahəsinin ayrılması  ilə bağlı olmuşdur.

 Müraciət edənlərin əksəriyyətinin torpaqdan başqa  digər xahişi əsasən həll edilmişdir.Həyətyanı torpağın verilməsi  bələdiyyəyə elektron xəritələr təhvil verildikdən dəqiq yerləri bilindikdən sonra həyata kecirilməsi nəzərdə tutulmuşdur.

6 ay ərzində 103 nəfər vətəndaşımız bələdiyyə sədri tərəfindən qəbul edilmişdir. Qəbulda irəli sürülən müxtəlif şifahi müraciətlərin əksəriyyəti komissiyalar,bələdiyyə qulluqcuları tərəfindən araşdırılaraq həllini tapmış həlli mümkünsüz olan müraciətlər isə əlaqədar təşkilatlara yönəldilmişdir.

6 ay ərzində bələdiyyəyə rəsmi orqanlardan 78 ədəd sənəd daxil olmuşdur.Sənədlərə operativ baxılaraq, müvafiq cavablar hazırlanmış və aiddiatı üzrə vaxtında tərəfimizdən cavab verilməsi təmin edilmişdir.

Bələdiyyədə 2024-cü ilin 6 ayı ərzində kargüzarlıq işləri “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında”Azərbaycan Respublikasının qanununa  uyğun qayadada aparılmışdır.Vətəndaşların ərizə və şikayətlərinə

vaxtında baxılmaqla nöqsan və catışmamazlıqları aradan qaldırmaq üçün bir sıra zəruri olan tədbirlər müəyyənləşdirilmiş və həyata kecirilmişdir.Hamımız yaxşı bilirik ki,bələdiyyə öz büdcəsini əsas ehtibari ilə torpaq  və əmlak vergilərindən, mülkiyyətində olan torpaqların satılması və icarəyə verilməsi yolu ilə formalaşdırır.

2024-cü ilin  6 ayı ərzində bələdiyyənin 11 iclası olub. İclasların gündəliyinə 69 məsələ daxil edilib və müvafiq qərarlar qəbul olunub.  Bundan başqa, iclaslarda sakinləri narahat edən bir sıra cari məsələlər müzakirə edilib, komissiyaların rəy və təklifləri, arayışları dinlənilib.İclaslarda qəbul edilən qərarların icrası vaxtında gecikdirilmədən təmin edilmişdir.

Maliyyə imkanlarımız əsasında 2024-cü ilin 6 ayı ərzində bələdiyyə ərazisində aşağıda qeyd olunan işlərin görülməsini  təmin etmişik.

       - Ərazidə Yaşıl Dünya Naminə Həmrəylik ili ilə əlaqədar  ekoloji tədbirlər kecirilmiş,müxtəlif növ ağacların əkini təmin edilmişdir.Bundan sonra da bu tədbirlər ilin sonuna qədər tədbirlər planına uyğun davam etdiriləcəkdir.

        -Ərazidə olan Şəhid ailələri,Qarabağ qaziləri daim diqqətdə saxlanılır,onlara bələdiyyə tərəfindən mütamadi olaraq yardımlar edilir,onların problemlərinin vaxtında həlli istiqamətində işlər görülür,bundan sonra da onlara edilən diqqət və qayğımız daha da artırılacaqdır.

        -Ərazidə yaşayış vəziyyəti cətin,xəstəsi olan vətəndaşlarımızdan 14 nəfərə müxtəlif məbləğlərdə birdəfəlik maddi yardımlar edilmişdir.

         -Bələdiyyə ərazisində olan ara yollarına cınqıl daşınaraq təmir işləri aparılmışdır.Yollarda lazım olan yerlərə su keçidi arxlarına borular alınaraq qoyulmuşdur.

        -Ramazan Qurban bayramı qabağı tək-kimsəsiz cətin dolanan ailələrə birdəfəlik maddi yardımlar edilmişdir.

        -2024-cü ilin iyun ayının əvvəlində baş vermiş təbbi fəlakətin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində həlli vacib olan işlərin görülməsi təmin edilmiş,ictimaiyyətin köməkliyindən istifadə edilməklə  işlər hal-hazırdada davam etdirilir.

 

              01-01-2024 -cü il tarixə qalıq 874.80 manat olmuşdur

 

GƏLİRLƏR

manat

Torpaq satışından

11893.00

Torpaq vergisi

8899.83

Əmlak vergisi

3881.43

Torpaq icarəsi

              5702.02

Ot satışından

1885.75

Sənədləşmə

3586.00

Digər ( səhv silinmiş vəsait geri qayıdıb)

521.50

Gəlirlərin cəmi

36369.53

                                               XƏRCLƏR

 

İşcilərə əmək haqqına

17875.26

DSMF-na ödənib (22-15-10-3 %)

3000.00

İcbari Tibbi sığorta (2 %)

243.53

İşsizlik sığortası (05 %)

215.61

Dəftərxana ləvazimatı

446.00

Silahlı qüvvələrə

250.00

Maddi yardım şəhid ailələri,tək –kimsəsilər imkansızlar

3000.00

 Həmkərlara üzvülük haqqı 2%

200.00

Rabitə xidməti-internet

284.86

Yolların təmirinə və xidmət haqqına tutulmalat 14%

514.50

Yollarda su kecidlərinə borular alınaraq qoyulmasına

480.00

Abalıq işlərinə

540.00

DƏDRX-nə sənədləçmə və hərrac üçün köcürülüb

3714.00

Bank poçt xidmətinə xidmətinə

293.87

Onlayın xidmət haqqına

1015.31

Elektirik enerji sərfiyyatı

1076.00

Kənd Bələdiyyələri Milli  Assosasiyasına üzvülük haqqı

150.00

Mədəni  kütləvi təıdbirlərə

1400.00

Yanacaq alınıb

89.64

Yolların işıqlandırılmasına elektirik xərci

278.40

Digər xərclər

1046.00

 Xərclərin cəmi

36112.98

 

 01-07-2024-cü il tarixə 1131.35 manat xərclənməmiş vəsait qalmışdır.

Bələdiyyələr inkişaf etdikcə onların təməlini təşkil edən demokratik prinsiplər də inkişaf edir möhkəmlənir.Bu il biz bələdiyyə üzvlərinin fəaliyyətinin 5-ci ilidir.Gənc Bələdiyyə üzvülərimiz seçicilərin  məsuliyyətlərini daha dərindən dərk etmiş,onlara qanunvericiklə verlmiş səlahiyyətlərdən daha dolğun istifadə etməyə calışıblar.Bələdiyyə üzvlərimiz nəinki sosial-iqtisadi məsələlərin həllində eləcədə bələdiyyənin iş üslubunun,forma və metodlarının təhkimləşdirilməsi prosesesində də fəallıq göstəriblər. Bələdiyyənin fəaliyyəti, strukturu və iş prinsiplərində şəffaflıq və hesabatlılıq vardır.Bu elə gənc bələdiyyə üzvlərinin fəaliyyətinin nəticəsidir.Məlumat üçün bildirim ki, Muxax Bələdiyyəsinin işi barədə istənilən şəxs bələdiyyənin rəsmi (facebook) internet səhifəsindən və  dolğun məlumat ala bilər.Bir məsələni də nəzərinizə catdırıram ki,Azərbaycanda bəlkə də ilk bələdiyyələrdəndir ki,2015-ci ildən bələdiyyəmiz sosial şəbəkələrdə aktiv olaraq fəaliyyət göstərir.Bundan başqa bələdiyyənin elektron poçt ünvanı da var ki,daimə fəaliyyət göstərir.Bələdiyyə olaraq biz bələdiyyə xəbərləri (bələdiyyə info)  saytı ilə də əlaqəli işləməklə ərazidə olan görülən işləri maliyyə hesabatlarımızı da işıqlandırırıq, həm də lazım olan bələdiyyələrə qanunvericiliyə aid olan digər məlumatları ala bilirik.Bundan başqa bələdiyyə məlumat lövhəsində gündəlik məlumatlarla,xəbərlərlə tanış ola bilərsiniz.Biz gənc bələdiyyə üzvləri olaraq  hər bir şərait yaradırıq ki, bələdiyyə vətəndaş yaxınlığı yaradılsın,bələdiyyədə aşkarlıq,şəffaflıq,vətəndaş məmnunluğu təmin edilsin.

Bütün bu qeyd etdiklərimlə yanaşı hələ də bələdiyyə ərazisində görə bilmədiyimiz işlər,həllini gözləyən çox saylı problemlərimiz  qalmaqdadır.Fürsətdən istifadə edərək bütün vergi ödəyicilərimizə müraciət edirəm ki, bələdiyyəyə olan vergi borclarını gecikdirmədən təcili ödəsinlər.Vergiləri ödəməklə vətəndaşlar bələdiyyənin maliyyə durumunun yaxşılaşdırılmasına və kənddə abadlıq işlərinin genişləndirilməsinə kömək etmiş olarlar.

Eyni zamanda kənd sakinlərinin öhdəsinə düşən bir məsələni də qeyd etmək istərdim. Bəzi sakinlər ərazidə yaşadıqlarını unudaraq həyətyanı sahələrindən çıxan tullantıları, söküntü çıxarlarını, xarab olmuş məişət cihazlarını və s. küçəyə, darvazalarının yanına atırlar.   Bütün bunlar həmin küçələrdə abadlıq işləri apararkən  texnikaların hərəkətinə ciddi maneçilik törədir.Bəziləri həyətlərinin qarşısında bitən alaq otlarını, kolları,arxları təmizləmirlər və həmin yerlər bir müddət sonra böyük bir zibilliyə çevrilir və yağışlar yağıb sellər olan zamanı bildiyiniz kimi problemlərlə üzləşirik.Bu da bizi olduqca narahat edir.Kənd sakinlərindən xahişimiz ondan ibarətdir ki,çay yatağına,yol kənarına yox tullantıları müəyyən edilmiş yerə bələdiyyənin ərazisində olan zibil poliqonuna  atasınız.Hər birimiz kəndimizin ekoloji təmiz saxlanmasına öz köməkliyimizi göstərməliyik.

Vətəndaşların bələdiyyəyə ötən illərdən icarə,pay torpağından olan kifayət qədər  və əmlak vergi borcları var.Bu gün bizim üçün vergi borclarının toplanması ən vacib məsələlərdən biridir.Digər bir məsələ isə bələdiyyədən həyətyanı torpaq sahəsi alıb sənədləşmə işlərini başa catdırmayan vətəndaşlarımızadır.2007 ilə qədər bələdiyyə mülkiyyətindən həyətyanı  torpaq sahəsi götürüb pulun bir hissəsini ödəyib sənədləşməni başa catdırmayıb.Həmin vətəndaşlara bildiririk ki,hal-hazırda həyətyanı torpaq sahələri bazar qiymətlərinə əsasən (Hərrac müsabiqə ) yolu ilə müəyyən edilir.2007-ci ildən əvvəl həyətyanı sahəni bələdiyyədən alıb sənədləşməni başa catdırmayan vətəndaşlarımız həyətyanı sahəsini sənədləşdirərkən 0.01 ha torpaq sahəsi üçün 260 manat pulun bələdiyyə büdcəsinə ödənilməsini təmin etməlidir.Ona görə də biz calışırıq ki, əhali ilə aramızda narazılıq yaratmadan mövcud olan qanunlara əsasın sənədləşmə işlərinin həll edilməsinə nail olaq.Şükürlər olsun ki bu işləri də qismən də olsa səhmanla yoluna qoya bilirik.Çox təəssüflər olsun ki,yenə də aparılan marifləndirmə işlərinə baxmayaraq vergilərin ödənilməsindən yayınan vergi ödəyicilərimiz və həyətyanı sahəsinin sənədləşməsinə biganə yanaşan vətəndaşlarımız var.Onlara bir daha xəbərdarlıq edirik ki,vergilərini vaxtında ödəməsələr tədbirlər görmək məcburiyətindəyik.Maliyyə hesabatından da bunu görmək mümkündür. Bildiyiniz kimi Yerli (Bələdiyyə) Vergi və Ödənişlərinin Avtomatlaşdırılmış Məlumat Sisteminin istifadəyə verilməsindən sonra bələdiyyə ərazisində olan bütün vergi ödəyiçilərimiz həmin bazaya daxil edilmişdir.Bu sistem bizə imkan verdi ki,vergilərin qısa müddət  ərzində hesablanmasını aparır.Bir məsələni də Siz vergi ödəyiçilərinə bildirmək istəyirəm ki, vergiləriniz barədə məlumatı bələdiyyəyə müraciət etməklə və bələdiyyə vergi xidmətinə müraciət etmədən də borclarınızı şəxsiyyət vəsiqənizi “Azərpoçt” MMC-nin poçt şöbəsinə təqdim etməklə bələdiyyəmizin  hesabına rahatlıqla ödəyə bilərsiniz.Məlumat üçün Sizə bildirim ki,aktiv vergi ödəyicilərimiz hec bələdiyyəyə gəlmədən vergi borclarını  poçta müarciət etməklə rahatlıqla ödəyirlər və bizə öz razılıqlarını bildirirlər.

 Borcu olan vətəndaşlara bildirişlə,məktubla dəfələrlə xəbərdarlıq etmişik. İstəməzdik ki, belə vətəndaşlar haqqında inzibati tədbirlər görülsün.

Hesab edirik ki, bələdiyyə üzvlərimizin, ziyalıların və bütün kənd əhalisinin köməkliyi ilə biz yaxın vaxtlarda bu cür məsələlərin də həllinə nail olacağıq.

Doğrudur, bu gün problemlər mövcuddur. Lakin Sizi əmin edirik ki, yaxın vaxtlarda sizlərin köməkliyi ilə bələdiyyə mövcud problemlərin həllinin öhdəsindən gələcək və eyni zamanda bələdiyyəmiz kəndimizin sosial-iqtisadi inkişafında fəal iştirak edəcəkdir.

Bələdiyyəmiz bundan sonra da nəyinki rayon səviyyəsində, Respublika səviyyəsində sayılıb seçilən bələdiyyələrdən biri olacaqdır.

             Elvin Yusubov

Zaqatala rayonu Muxax bələdiyyəsinin sədri               

 

 

 

 

        

    

 

 

 

Rəylər

0 Rəy


Rəy yaz